logo

Antalya “Böyük dəbilqə”si: Bu gün daha 5 cüdoçumuz tatamiyə çıxacaq

10:40 02-04-2022 | icon 2408
Antalya “Böyük dəbilqə”si: Bu gün daha 5 cüdoçumuz tatamiyə çıxacaq

Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə daha 5 cüdoçumuz mübarizəyə başlayır.

YeniAvropa xəbər verir ki, bu gün kişilər arasında Rüstəm Orucov (73 kq) Denislav İvanov (Bolqarıstan) - Hektor San Roman Çavez (Kuba) cütünün qalibi, Telman Vəliyev Coşua Qrin (İrlandiya), Elcan Hacıyev (81 kq) Jim Heyjman (Hollandiya), Murad Fətiyev Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə qarşılaşacaqlar. Qadınların yarışında isə Günel Həsənli (70 kq) Lidya Brançeva (Bolqarıstan) ilə gücünü sınayacaq.

Qeyd edək ki, komandamızın aktivində hələlik, medal yoxdur. Ümumi mükafat fondu 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur.

Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.