logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 823 min nəfəri ötür

17:13 30-03-2022 | icon 2877
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 823 min nəfəri ötür

Martın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 16 min 678 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 965, ikinci doza vaksinlərin sayı - 1 min 874, üç və daha çox doza vaksinlərin sayı – 13 min 104, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 735-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 441 min 710, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 323 min 392, ikinci mərhələ üzrə 4 milyon 823 min 150, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 67 min 193, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 227 min 975-dir.