logo

FIDE Qran-Pri:Yarımfinalda Şəhriyar Məmmədyarov Hikaru Nakamura qarşı 

11:12 30-03-2022 | icon 1820
FIDE Qran-Pri:Yarımfinalda Şəhriyar Məmmədyarov Hikaru Nakamura qarşı 

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarımfinal qarşılaşmaları keçiriləcək.

YeniAvropa xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə mübarizə aparacaq. Yarımfinal mərhələsinin digər görüşü ABŞ təmsilçisi Uesli So və iranlı şahmatçı Amin Tabatabayi arasında olacaq.

Yarışın əsasnaməsinə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar. Turnirə aprelin 4-də yekun vurulacaq.

Qeyd edək ki, qrup oyunlarının yekununa əsasən, iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanan son iki şahmatçının adı məlum olub. Belə ki, hazırkı turnir cədvəlinə ümumi hesabda liderlik edən macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi Hikaru Nakamura Qran-Prinin son mərhələsinin nəticələrindən asılı olmayaraq artıq iddiaçılar turnirinə vəsiqələrini təmin ediblər.