logo

DYP:Ağstafadakı ağır avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

18:09 29-03-2022 | icon 9905
DYP:Ağstafadakı ağır avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ağstafa rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

BDYPİ-dən YeniAvropa-ya daxil olan məlumatda bildirilir ki, bu gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci kilometrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi “Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər – Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn oğlu hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.