logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 321 min nəfəri ötür

21:28 28-03-2022 | icon 2611
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 321 min nəfəri ötür

Martın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 155 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 7, ikinci doza vaksinlərin sayı 9, üç və daha çox doza vaksinlərin sayı 138, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 406 min 075, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 321 min 396, ikinci mərhələ üzrə 4 milyon 818 min 801, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 039 min 521, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 226 min 357-dır.