logo

Novruz bayram günlərində 224 nəfər qidadan zəhərlənib

12:54 28-03-2022 | icon 2555
Novruz bayram günlərində 224 nəfər qidadan zəhərlənib

Bayram günlərində Kliniki Tibbi Mərkəzə(KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə KTM-dən bildirilib.

Qeyd olunub ki, müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıbş.

"Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, 3-ü isə uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb",-deyə məlumatda qeyd edilib.