logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 818 min nəfəri ötür

19:59 27-03-2022 | icon 2828
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 818 min nəfəri ötür

Martın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 10 min 95 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 602, ikinci doza vaksinlərin sayı 1279, üç və daha çox doza vaksinlərin sayı 7607, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 607-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 405 min 920, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 321 min 389, ikinci mərhələ üzrə 4 milyon 818 min 792, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 39 min 383, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 226 min 356-dır