logo

Cüdoçularımız Afinaya  Avropa kuboku turnirinə yollanıblar

10:10 25-03-2022 | icon 2268
Cüdoçularımız Afinaya  Avropa kuboku turnirinə yollanıblar

Cüdoçularımız martın 26-27-də Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək gənclər arasında Avropa kuboku turnirində iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından YeniAvropa-ya bildirilib ki, ölkəmizi turnirdə gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığma komandanın məşqçisi Vüqar Hüseynovun rəhbərlik etdiyi heyət təmsil edəcək. Belə ki, qızlar arasında Könül Əliyeva, Gülşən Bəşirova (48 kq), Rita Əliyeva (58 kq), Səbinə Əliyeva (57 kq), Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.

Gənc oğlanlardan ibarət yığma komandanın heyətində isə Nicat Məmmədli, Nurlan Kərimli, Samir Piriyev (60 kq), Qasım Vəlizadə, Elvin Bağırov, Aydın Rzayev (66 kq), Məmmədrza Hacızadə (73 kq), İsmayıl Zamanov, Maqerram İmamverdiyev (81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq), Kənan Nəsibov, Hüseyn Məmmədov (+100 kq) yer alıblar.

Yarışda dünyanın 28 ölkəsindən 314 idmançı iştirak edəcək.