logo

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

17:17 23-03-2022 | icon 2898
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 38 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər koronavirusun qurbanı olub.

İndiyədək ölkədə ümumilikdə 791 min 583 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 303 nəfər müalicə olunaraq sağalıb, 9 min 670 nəfər vəfat edib. Aktiv xəstə sayı 610 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 695, bu günə qədər isə ümumilikdə 6 milyon 673 min 982 test icra olunub.