logo

Malta-Azərbaycan oyununu ispaniyalı hakimlər idarə edəcək

12:33 21-03-2022 | icon 2765
Malta-Azərbaycan oyununu ispaniyalı hakimlər idarə edəcək

Martın 21-də Malta və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları bəlli olub.

YeniAvropa xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Alexandro Ernandesə laynsmanlar qismində Xose Naranyo və Angel Nevado köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sezar Soto icra edəcək.

Qeyd edək ki, martın 25-də Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.