logo

İki boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb

10:50 21-03-2022 | icon 2702
İki boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan komandasının iki üzvü finala yüksəlib.

 YeniAvropa xəbər verir ki, finala gedən yolda boksçumuz Nicat Hüseynov (51 kq) türkiyəli Mehmethan Çinarı, Ruslan Qədirov (54 kq) Ukrayna təmsilçisi Elmir Nəbiyevi mübarizədən kənarlaşdıraraq həlledici mərhələyə vəsiqə qazanıblar.

Yığmamızın digər üzvləri Nəbi İsgəndərov (67 kq) və Cəlal Qurbanov (63,5 kq) isə yarımfinalda uduzduqlarından turniri bürünc medalla başa vurublar.