logo

Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

21:30 20-03-2022 | icon 2814
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 78 yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 986 nəfər müalicə olunaraq sağalıb, 9 mın 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 840 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 956, bu günə qədər isə ümumilikdə 6 milyon 666 min 40 test icra olunub.