logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 811 min nəfəri ötür

19:14 18-03-2022 | icon 3164
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 811 min nəfəri ötür

Martın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 18 min 52 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 835, ikinci doza vaksinlərin sayı - 1 min 981, üç və daha çox doza vaksinlərin sayı – 14 min 417, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 819-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 338 min 542, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 317 min 920, ikinci mərhələ üzrə 4 milyon 811 min 119, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 986 min 755, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 222 min 748-dir.