logo

Şəmkirdə süni göldə 4 nəfər batıb

22:49 01-07-2018 | icon 3409
Şəmkirdə süni göldə 4 nəfər batıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub.

YeniAvropa  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Göldə böğulanların ikisinin qadın, digərlərinin isə kişi olduğu müəyyənləşib. Onların meyitləri suda çıxarılıb. Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.