logo

Masazırda restoran yandı

14:44 18-03-2022 | icon 11165
Masazırda restoran yandı

Abşeron rayonunun Masazır qəsəbəsindəki restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 480 kvadratmetr (hər mərtəbəsi 240 kvadratmetr) olan ikimərtəbəli restoran binasının ikinci mərtəbəsində quraşdırılan elektrik lövhəsi və naqillər 20 paqonmetr yanıb.

Bina yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.