logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 809 min nəfəri ötür

18:48 17-03-2022 | icon 3024
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 809 min nəfəri ötür

Martın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 16 min 552 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 818, ikinci doza vaksinlərin sayı - 1 min 815, üç və daha çox doza vaksinlərin sayı – 13 min 119, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 800-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 320 min 490, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 317 min 85, ikinci mərhələ üzrə 4 milyon 809 min 138, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 972 min 338, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 221 min 929-dur.