logo

Azərbaycanda daha 99 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

18:30 17-03-2022 | icon 4641
Azərbaycanda daha 99 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 99 yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 302 nəfər müalicə olunaraq sağalıb, 9 mın 641 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 233 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 677, bu günə qədər isə ümumilikdə 6 milyon 651 min 787 test icra olunub.