logo

Avropa çempionatına qatılacaq Azərbaycan güləşçilərinin adları açıqlanıb

15:15 17-03-2022 | icon 2870
Avropa çempionatına qatılacaq Azərbaycan güləşçilərinin adları açıqlanıb

Martın 28-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək güləş üzrə Avropa çempionatında iştirak edək Azərbaycan yığmalarının heyəti açıqlanıb.

 YeniAvropa Dünya Güləş Birliyinin(UWW) saytına istinadən xəbər verir ki, sərbəst güləş növündə ölkəmizi Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Hacımurad Ömərov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcək.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) qüvvəsini sınayacaq.

Qadınların mübarizəsində isə Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 3-də yekun vurulacaq.