logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 807 min nəfəri ötür

18:58 16-03-2022 | icon 3017
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 807 min nəfəri ötür

Martın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 17 min 574 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 868, ikinci doza vaksinlərin sayı - 1729, üç və daha çox doza vaksinlərin sayı – 14 min 72, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 905-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 303 min 938, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 316 min 267, ikinci mərhələ üzrə 4 milyon 807 min 323, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 959 min 219, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 221 min 129-dur.