logo

Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

18:33 16-03-2022 | icon 2765
Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 115 yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 77 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 987 nəfər müalicə olunaraq sağalıb, 9 min 633 nəfər vəfat edib. Aktiv xəstə sayı 1457 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 337, bu günə qədər isə ümumilikdə 6 milyon 646 min 110 test icra olunub.