logo

FIDE də Rusiya və Belarus yığmalarını yarışlardan kənarlaşdırdı

15:33 16-03-2022 | icon 2919
FIDE də Rusiya və Belarus yığmalarını yarışlardan kənarlaşdırdı

Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi səbəbindən  Rusiya , eləcə də  Belarus yığmalarının Beynəlxalq Şahmat Federasiyasının(FIDE) himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulub.

YeniAvropa xəbər verir ki, bu barədə FIDE Şurası qərar qəbul edib.

Bildirilib ki, hər iki ölkənin qrossmeysterləri fərdi turnirlərdə neytral statusda - milli simvollar olmadan iştirak edə biləcək.

Qərar gələcək məlumatlandırmayadək qüvvədə olacaq.