logo

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq

10:50 16-03-2022 | icon 3045
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq

Martın 16-da futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, bununla da dörddəbir finalın son iki iştirakçısı müəyyənləşəcək.

İspaniyanın “Vilyarreal” klubu İtaliyada “Yuventus”un qonağı olacaq. Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edəcək. Bu komandalar arasında ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.

Meydan sahiblərinin heyətində Leonardo Bonuççi, Ueston Makkenni, Denis Zakariya və Federiko Kyeza zədə səbəbindən oyunda iştirak edə bilməyəcəklər. Qonaqların heyətində isə ciddi itki yoxdur.

Gecənin digər oyununda İngiltərənin “Çelsi” klubu Fransada “Lill” komandası ilə qarşılaşacaq. Görüşün baş hakimi italiyalı Davide Massa olacaq. Londondakı ilk qarşılaşmada “zadəganlar” 2:0 hesablı qələbə qazanıblar.

“Lill”in heyətində Renatu Sançeş, “Yuventus”da isə Ben Çiluel və Ris Ceyms zədə üzündən bu oyunu buraxmalı olacaqlar.

“Real Madrid”, “Mançester Siti”, “Liverpul”, “Atletiko Madrid”, “Benfika” və “Bavariya” klubları dörddəbir finala vəsiqəni artıq təmin ediblər.