logo

Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

15:30 15-03-2022 | icon 2884
Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 142 yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 min 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 828 nəfər müalicə olunaraq sağalıb, 9 min 627 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 507 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 454, bu günə qədər isə ümumilikdə 6 milyon 640 min 773 test icra olunub.