logo

Rusiyalı cüdoçular da beynəlxalq yarışlardan kənarlaşdırıldılar

15:15 15-03-2022 | icon 3752
Rusiyalı cüdoçular da beynəlxalq yarışlardan kənarlaşdırıldılar

Rusiya cüdoçularının Beynəlxalq Cüdo Federasiyası (IJF) və Avropa Cüdo İttifaqının (EJU) himayəsi altında keçirilən yarışlarda iştirakı dayandırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Cüdo Federasiyasından bildirilib. 

Federasiyanın məlumatında bildirilib ki, bu qərar idmançıların yarışların keçirildiyi ölkələrə getmələri ilə bağlı yaranan çətinliklə əlaqədar qəbul olunub. Rusiya cüdoçularının aprelin 29-dan mayın 1-dək Sofiyada keçiriləcək Avropa çempionatında iştirakı istisna edilmir. Bu, idmançıların təhlükəsizliyi və digər məsələlərlə bağlı vəziyyətdən asılı olacaq.

Rusiyaya qarşı sanksiya tətbiq edən əksər federasiyalardan fərqli olaraq, IJF və EJU bu ölkənin cüdoçularının yarışlarda iştirakına qadağa qoymayıb.