logo

Futzal millimizin Avropa çempionatındakı rəqibləri bəlli oldu

09:59 15-03-2022 | icon 3269
Futzal millimizin Avropa çempionatındakı rəqibləri bəlli oldu

Azərbaycanın minifutbol üzrə milli komandasının 2022-ci il Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

YeniAvropa xəbər verir ki, bu , Slovakiyanın paytaxtı Bratislavada gerçəkləşən püşkatmadan sonra bəlli olub.

"B" qrupunda qərarlaşan yığmamız Rumıniya, İspaniya və Albaniya ilə üz-üzə gələcək. 

Avropa çempionatının oyunları iyunun 4-11-də təşkil olunacaq.