logo

Taxılbiçən kombayn aşdı, sürücü öldü

19:33 30-06-2018 | icon 3409
Taxılbiçən kombayn aşdı, sürücü öldü

Cəlilabad rayonunda taxıl biçini zamanı bədbəxt hadisə baş verib.

YeniAvropa xəbər verir  ki, rayonun Məşədilər kəndi ərazisində taxıl yığımı zamanı kombaynın aşması nəticəsində sürücü ölüb.

Dünyasını dəyişən şəxsin kimliyi də bəllidir- kənd sakini Dünyamalıyev Aydın Alı oğlu.

Faktla bağlı araşdırma aparılır.(Report)