logo

Güləşçimiz İslam İlyasov Avropa çempionu oldu

11:13 13-03-2022 | icon 4466
Güləşçimiz İslam İlyasov Avropa çempionu oldu

Abşeron güləş məktəbinin yetirməsi İslam İlyasov Avropa çempionu olub. O, Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.

YeniAvropa xəbər verir ki, bu barədə Abşeron rayon Gənclər və İdman İdarəsindən bildirilib.Qeyd edilib ki, 23 yaşadək güləşçilər arasında gücünü sınayan İslam İlyasov (97 kq) yarışa 1/4 finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabı ilə xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb.

İ.İlyasov final yolunda macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabı ilə məğlub edib. İslam qızıl medal uğrunda alman Yohan Mayerlə mübarizə aparıb. Həmyerlimiz görüşün sonlarına yaxın hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək son saniyədə ona qələbə qazandıran fəndi uğurla icra edib və Avropa çempionu olub.