logo

Cəlilabadda ağır avtoqəza:5 nəfər öldü

15:55 12-03-2022 | icon 7917
Cəlilabadda ağır avtoqəza:5 nəfər öldü

Cəlilabadda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun Sərhədabad kəndindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayonu Şabanlı kənd sakini, sürücü Saleh Məlikov “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn Xudaş Rəhimovun idarə etdiyi minik maşını ilə toqquşub.

Qəza zamanı “VAZ 2107”nin sürücüsü də daxil olmaqla, sərnişinlər - Şabanlı kənd sakinləri Elçin Kərimov, Şura İmanova, Gültəkin Şahbazova, Gülnarə Kərimova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Digər avtomobildə olan sürücü və sərnişinlər Samir Rəhimov ilə Jalə Rəhimova yaralı halda Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.