logo

17 şəhər və rayonda 11-ci siniflər buraxılış imtahanı verirlər

09:59 12-03-2022 | icon 7721
17 şəhər və rayonda 11-ci siniflər buraxılış imtahanı verirlər

Bu gün Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz və Xaçmaz rayonlarında, Şəki və Naftalan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, imtahanda 26 min 697 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanın təşkil edilməsi üçün ümumilikdə 124 imtahan binası, 2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi cəlb olunub.