logo

“Qarabağ” dünyada 300 futbol komandası arasında 108-cidir

09:58 11-03-2022 | icon 3269
“Qarabağ” dünyada 300 futbol komandası arasında 108-cidir

Ağdamın “Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinq cədvəlində irəliləyib.

YeniAvropa IFFHS-in saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi 300 klubun yer aldığı siyahıda 129 xalla 108-ci pillədə qərarlaşıb.

Argentinanın “İndependyente” və “Defensa Xustisiya”, eləcə də Ukraynanın "Şaxtyor" (Donetsk) klubları da eyni xala malikdir.

Ağdam komandası ötən ayla müqayisədə 54 pillə irəliləyib.

Siyahının genişləndirilməsi nəticəsində “Neftçi” cədvələ daxil olub. Hazırda Bakı klubu 81,5 xalla 236-cıdır.

Siyahıya 310 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.

Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alıb.