logo

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start verilib

11:01 10-03-2022 | icon 3437
Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start verilib

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start verilib.

YeniAvropa xəbər verir ki, yarışda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Çempionatın birinci günündə qadın və kişi cütlüklər balans və temp hərəkətlərində təsnifat mərhələsində mübarizə aparacaqlar. Qadın qruplar temp, kişi qruplar isə balans hərəkətində güclərini sınayacaqlar. Qarışıq cütlüklər balans hərəkətində yarışacaqlar.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edəcəklər.

Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.