logo

Ali təhsil müəssisələrinə qəbul olunan bakalavrlar iyulun 11-dək qeydiyyatdan keçməlidirlər

13:45 28-06-2018 | icon 3717
Ali təhsil müəssisələrinə qəbul olunan bakalavrlar iyulun 11-dək qeydiyyatdan keçməlidirlər

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə, eləcə də  Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul olunan bakalavrlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildiriblər ki, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb edilən sənədlər barədə məlumatı qəbul olunduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Göstərilən müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.