logo

Bakı Ürək Mərkəzində unikal əməliyyat icra olunub

16:34 26-12-2017 | icon 3962
Bakı Ürək Mərkəzində unikal əməliyyat icra olunub

Anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi istiqamətində son illər görülən tədbirlər öz müsbət nəticələrini verir. Aparılan unikal əməliyyatlar uşaqların sağlam gələcəyinə zəmin yaradır. Bu sahədə nail olunmuş uğurların sayı günbəgün artmaqda davam edir.

Belə ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürәk Mәrkәzindә çox nadir rast gәlinәn ürәk qüsuru olan pasiyent üzərində uğurlu əməliyyat aparılıb.

RMDM-dən YeniAvropa-ya bildiriblər ki, iki qövslü aorta diaqnozu ilә mərkəzə daxil olan yaş yarımlıq Ömər Mәmmәdov ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov tərəfindən əməliyyat olunub. Cərrahi müdaxilədən bir saat sonra xәstә ekstubasiya olunub, ertәsi gün isә palataya köçürülüb. Bununla uşağın qidalanması və tənəffüsü ilə bağlı problemlər tamamilə aradan qaldırılıb və o, evə yazılıb.

Körpədə rast gəlinən patologiyanın dünyada rastgәlmә tezliyi 0.7- 1 faizdir. Belə xәstәlәrin әsas şikayәtlәri yuxarı tәnәffüs yollarının infeksiyasına yoluxma, traxeyanın sıxılması nәticәsindә stridoroz tәnәffüs, qida borusunun sıxılması səbəbindən sәrt qida qәbul edә bilmәmәləridir. Xəstəlik səbəbindən bu uşaq da normal qidalana bilmədiyi üçün çox zaman nazoqastral zonddan istifadə edilib və o, tez-tez ağciyər infeksiyaları ilə uzunmüddətli müalicələr alıb.

Qeyd edək ki, əməliyyatin unikallığı rekonstruktiv prosedurlarının tətbiq olunması və qısa müddətdə aparatdan ayrılmasıdır.