logo

 Gürcüstanın baş naziri Azərbaycanın təhsil nazirini qıbul edib

13:53 22-02-2022 | icon 8540
 Gürcüstanın baş naziri Azərbaycanın təhsil nazirini qıbul edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Azərbaycanın təhsil naziri Emin Əmrullayev iki ölkə arasında təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. 

YeniAvropa xəbər verir ki, görüşdə qeyd edilib ki, Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzlanması iki ölkənin elmi, ali və peşə-texniki təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, gürcü və Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinin keyfiyyətinin artırılmasına töhfə verəcək.

Vurğulanıb ki, Gürcüstan tərəfi Azəbaycandakı gürcüdilli, Gürcütandakı azərbaycandilli ümumtəhsil məktəblərinin müəllimlərinin ixtisas artımı  itiqamətində işlərini davam etdirəcək.

Bildirilib ki, Gürcüstan hökuməti keyfiyyətli təhsilin əlçatanlığının genişləndirilməsi, Azərbaycan dilində təhsil alanların dövlət dilinə yiyələnməsi istiqamətində səylərinin artırılmasına sadiqdir.

Görüşdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycan Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak ediblər