logo

Lənkəranda fəhlə binadan yıxılaraq ölüb

13:33 22-02-2022 | icon 10731
Lənkəranda fəhlə binadan yıxılaraq ölüb

Lənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.