logo

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

12:52 22-02-2022 | icon 7917
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ixtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir.

Həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 20-də keçirilmiş qəbul imtahanının nəticələri bu gün açıqlanıb.