logo

Azərbaycan Gürcüstanla təhsil sahəsində əməkdaşlıq sazişi imzaladı

15:30 21-02-2022 | icon 7357
Azərbaycan Gürcüstanla təhsil sahəsində əməkdaşlıq sazişi imzaladı

Tbilisidə Azərbaycanın Təhsil Nazirliyi və Gürüstanın Təhsil və Elm Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

YeniAvropa  xəbər verir ki, sənədi Azərbaycan tərfindən təhsil naziri Emin Əmrullayev, qarşı tərəfdən isə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli imzalayıb.

Qeyd edək ki, saziş Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çırçivəsində imzalayanıb.

Bu gün Tbilisidə təhsil naziri Emin Əmrullayevin Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli arasında görüş keçirilib. Görüşdə nazirlər təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və gücləndirilməsi məsələlərini müzakirə edirlər.

İmzalama mərasimindən sonra nazirlər mətbuat üçün brifinq keçiriblər.