logo

Bakıda mebel sexi yanıb

09:31 21-02-2022 | icon 9772
Bakıda mebel sexi yanıb

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 600 kvadratmetr olan birmərtəbəli tikilinin (mebel sexi və anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan yumşaq mebel dəstləri 150 kvadratmetr sahədə yanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Qeyd edilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.