logo

İl ərzində Təcili Yardım Stansiyasına 603 mindən çox müraciət daxil olub

15:07 26-12-2017 | icon 9247
İl ərzində Təcili Yardım Stansiyasına 603 mindən çox müraciət daxil olub

Bu il Bakı şəhər Baş Təcili Tibbi Yardım Stansiyasına 603 mindən çox müraciət daxil olub və onların təxminən 10 faizi iıkin yardım göstəriləndən sonra xəstəxanalara yerləşdirilib. Müraciətlərin 82 mini uşaqlarla əlaqədar olub və 12,5 min azyaşlı stasionar müalicəyə qəbul edilib.

YeniAvropa xəbər verir ki, bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev ilin yekununa həsr olunan tədbirdə məlumat verib. Onun dediyinə görə, il ərzində ürək-damar xəstəlikləri ilə əlaqədar müraciətlər ötən ilkindən az olsa da, əsəb xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artıb. Hətta bəzən gün ərzində insultla əlaqədar 10 müracət daxil olur. Ona görə də bu sahədə daha ixtisaslı və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi üçün xüsusiləşdirilmiş briqadalar yaradılıb.