logo

Zərdabda ailə faciəsi:Yanğın zamanı ana və qızı öldü

15:19 19-02-2022 | icon 9681
Zərdabda ailə faciəsi:Yanğın zamanı ana və qızı öldü

Zərdab rayonunun Çallı kəndində baş verən yanğın zamanı ana və qızı ölüb.

YeniAvropa xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yanğın yerinin araşdırılması zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.