logo

Ağsuda “LAND CRUZER” yolu keçən piyadanı vurdu

21:51 15-02-2022 | icon 10829
Ağsuda “LAND CRUZER” yolu keçən piyadanı vurdu

Ağsu şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki,  hadisə bu gün saat 17:30 radələrində şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan 90-RL-100 nömrə nişanlı “LAND CRUZER” markalı avtomaşın yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü rayon sakini Rauf Qarxun oğlu Mütəllimovu vurub.

Yaralı dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.