logo

Müəllimi təhqir edən məktəb direktoru işdən çıxarıldı

19:49 15-02-2022 | icon 5369
Müəllimi təhqir edən məktəb direktoru işdən çıxarıldı

Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova tutduğu vəzifədən azad olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirindən bildirilib.

Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan məlum videogörüntü ilə bağlı məsələ  Təhsil Nazirliyində araşdırılıb və nazirin müvafiq əmri ilə məktəbin direktoru Əmiraslanova Vəfa Əmiraslan qızı tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, bir qədər əvvəl Göygöl rayonunda yerləşən Kəlbəcər rayon 111 saylı tam orta məktəbdə məktəb direktoru ilə müəllim arasında baş verən mübahisə ilə bağlı videogörüntülər yayılıb. Video orta məktəbin ibtidai sinif müəllimi İslam Əliyev tərəfindən çəkilib. Görüntülərdə məktəbin direktoru Vəfa Əmiraslanova adıçəkilən müəllimi təhqir edib. Yayılan videoya münasibət bildirən direktor isə deyib ki, görüntülər məqsədli şəkildə çəkilib və montaj olunduqdan sonra yayılıb.