logo

Yasamalda 3 uşaq anası özünü 12-ci mərtəbədən atdı

15:05 15-02-2022 | icon 10269
Yasamalda 3 uşaq anası özünü 12-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış binasında baş verib.

3 uşaq anası olan qadın özünü 12-ci mərtəbədən ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.