logo

Xaçmazda ağır avtoqəza : ölən var

14:27 24-06-2018 | icon 3353
Xaçmazda ağır avtoqəza : ölən var

İyunun 24-ü Xaçmaz şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, Gəndov-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Toyota Prado", "VAZ-2106" və "VAZ-21099" markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ-2106"-da olan bir nəfər Xaçmaz sakini ölüb, 1994-cü il təvəllüdlü Mürsəlov Kamran Mürsəl oglu isə ciddi bədən xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.