logo

Bakıda mebel sexi yandı

16:13 07-02-2022 | icon 9772
Bakıda mebel sexi yandı

Fevralın 7-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal çağırış ünvanına cəlb olunub.

Yanğından mühafizə qüvvələrinin vaxtında və çevik müdaxiləsi sayəsində sexdəki yanğının genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində mebel sexindəki taxta materialların bir hissəsi yanıb. Sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub.