logo

44 ali məktəbin tələbələri təhsil kreditindən yararlana bilərlər

11:55 07-02-2022 | icon 4697
44 ali məktəbin tələbələri təhsil kreditindən yararlana bilərlər

Azərbaycanda fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin tələbələri təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

YeniAvropa xəbər verir ki, bunu təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı müzakirələrdə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev deyib. O bildirib ki, bu ali təhsil müəssisələrinin 20-si Təhsil Nazirliyinin, 11-i digər dövlət qurumlarının tabeliyindədir. 11 ali təhsil müəssisəsi özəldir, 2-si isə Rusiya Federasiyasının təhsil müəssisələrinin Bakı filialıdır.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.