logo

Azərbaycanda hazırda 9 məktəb və 299 sinif koronavirusa görə bağlıdır

14:54 04-02-2022 | icon 4935
Azərbaycanda hazırda 9 məktəb və 299 sinif koronavirusa görə bağlıdır

Hazırda ölkə üzrə 9 məktəb və 299 sinif distant tədrisə keçib.

YeniAvropa xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, statistikaya görə, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur.

"Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır",-deyə Təhsil Nazirliyinin rəsmisi vurğulayıb.