logo

Nazarbayevin qızı “Nur Otan”ın Siyasi Şurasının tərkibindən çıxarılıdı

15:30 28-01-2022 | icon 2156
Nazarbayevin qızı “Nur Otan”ın Siyasi Şurasının tərkibindən çıxarılıdı

Qazaxıstanın hakim “Nur Otan” partiyasının Siyasi Şurasının tərkibində dəyişiklik edilib.

YeniAvropa  "Kazinform" agentliyinə istinadla xəbər verir ki, partiyanın ali nümayəndəlik orqanının tərkibi 55 faiz yenilənib.

Ölkənin sabiq prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva şuranın yeni tərkibinə daxil edilməyib.

Siyasi şuranın yeni üzvlərinin mətbuatda dərc olunmuş siyahısında partiya sədrinin birinci müavini Bayırjan Baybekin və sabiq baş nazir Askar Maminin də adları yoxdur. Bununla yanaşı, partiyanın nizamnaməsində də dəyişiklik olunub.

Xatırladaq ki, “Nur Otan” partiyasının növbədənkənar XXI qurultayının qərarına əsasən, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yekdilliklə partiyanın sədri seçilib.