logo

Əli Əhmədov “Pekin-2022” Qış Olimpiya Oyunlarının açılışnda Azərbaycanı  təmsil edəcək

15:15 28-01-2022 | icon 2457
Əli Əhmədov “Pekin-2022” Qış Olimpiya Oyunlarının açılışnda Azərbaycanı  təmsil edəcək

“Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çin prezidenti Si Cinpinin iştirak edəcəyi açılış mərasimindən sonra müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, beynəlxalq qurumların rəhbərlərinin şərəfinə ziyafət veriləcək.

Qeyd olunub ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarının açılış mərasimində və digər tədbirlərdə iştirak edəcək nüfuzlu şəxslər arasında Rusiya prezidenti Vladimir Putin, Kamboca kralı Norodom Sihamoni, Sinqapur prezidenti Halima Yakob, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Misir prezidenti Əbdülfəttah Əs-Sisi, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani, Abu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Polşa prezidenti Andjey Duda, Serbiya prezidenti Aleksandr Vuçiç, Monako şahzadəsi II Albert, Argentina prezidenti Alberto Fernandes, digər dövlət və hökumət başçıları, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Abdulla Şahid, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus və digər yüksək vəzifəli şəxslər var.