logo

Elman Rüstəmov:" Azərbaycanda illik inflyasiya 7,5% təşkil edəcək"

14:04 28-01-2022 | icon 2324
Elman Rüstəmov:" Azərbaycanda illik inflyasiya 7,5% təşkil edəcək"

"Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6%) yuxarı - 6,6-7,5% təşkil edəcəyi gözlənilir".

 YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 28-də keçirdiyi mətbuat konfrasında bildirib.

"Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq", - deyə AMB sədri qeyd edib.

Xatırladaq ki, AMB-nin məlumatına görə, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb.